Elektron imza və onun hüquqi qüvvəsi Rafət Qaraşlı, Bakı Dövlət Universiteti SABAH qruplarının "hüquqşünaslıq" ixtisası üzrə 3-cü kurs tələbəsi. For English Version Kompüter texnologiyalarının inkişaf etməkdə olduğu dünyada ötürülən informasiyanın təhlükəsizliyinin qorunması və elektron əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın kimliyinin ayırd edilə bilməsi çox mühüm məsələdir. Bu isə öz növbəsində elektron imzanın zəruriliyini ortaya çıxarır. Elektron imza ideyası 20-ci əsrin 70-80-cı illərdə meydana gəlib və əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və 3-cü tərəfə (məhkəmə, internet market və s.) bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır [1]. Elektron imza bizim virtual məkandakı imzamızdır. Yəni hər hansı bir elektron xidmətdən istifadə edərkən, mail göndərərkən, elektron hökumət portalında qeydiyyatdan keçərkən vətəndaş öz elektron imza ser...
Mülki Hüquqda Mənəvi Zərər Anlayışı və Təcrübədə Rastlaşdığımız Problemlər Nəzrin Fətəliyeva, Bakı Dövlət Universiteti SABAH qruplarının "hüquqşünaslıq" ixtisası üzrə 3-cü kurs tələbəsi. For English Version Mülki hüquqda zərər anlayışı Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür [1]. Mülki hüquqda zərər anlayışı maddi və mənəvi zərər olmaqla 2 yerə ayrılır: Maddi zərər – əmlak aktivlərində baş verən və pulla ifadə edilə bilən itkilərdir. Maddi zərər həm əmlak dəyərinin pozulması, həm də şəxsin sağlamlığının pozulması ilə baş verə bilər. Məsələn, başqasının evini yandırmaq, müqavilə öhdəliklərini vaxtında yerinə yetirə bilməmələrinə görə şəxslərə təyin edilmiş cəzalar, əmlak qiymətləri ilə bağlı əməllərdir [...